İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) “Afrika dilləri mədəniyyətə və tarixə olan körpüdür” proqramı çərçivəsində “Youtube” kanalı vasitəsilə COVİD-19 pandemiyasına qarşı Afrika xalqlarını maarifləndirir.

Təşkilat öz müraciətlərini yerli icmaların dilinə tərcümə edərək yayıb. Maarifləndirici materiallar housa, svahili, mandinqo, fulani, volof, fur və nubian dillərində yayılıb. Müraciətlər təşkilatın rəsmi saytındakı infoqrafiya bölməsində də yerləşdirilib.

Afrikanın mərkəzi və cənub regionlarında yaşayan icmaların yeni növ koronavirusa qarşı məlumatlandırılması məqsədilə İslam İnkişaf Bankı da İCESCO-ya maddi yardım göstərib. Ayrılan vəsait kompüterlərin alınması və həmin ərazilərdə internetin təmin edilməsinə sərf edilir.