Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli Musiqi məktəbi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaq bayramı” adlı onlayn konsert keçirib.

İdarədən bildirilib ki, konsertdə F.Əmirovun, S.Rüstəmovun musiqiləri, “Ağacda alma”, “Bir cüt sona” xalq mahnıları və eləcə də xarici bəstəkarlardan L.V.Bethoven, P.İ.Çaykovski, D.Kabalevski, M.Douell, L.Kaçurbina, V.Şainski və L.Knipperin əsərləri şagirdlərin ifasında səsləndirilib.

Konsert məktəbin “Facebook” və “İnstagram” səhifələrində yayımlanıb.