Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi kitabxanasının böyük metodisti İradə Hüseynova virtual olaraq oxucular üçün “Milli Qəhrəmanlar unudulmur” adlı söhbət keçirib.

Kitabxanadan bildirilib ki, oxuculara iyunda dünyaya gələn Milli Qəhrəmanlar – Zabit Quliyev, Novruz Qurbanov, Faiq Əmirov və Rövşən Əkbərovun həyatı, onların keçdiyi şücaətli döyüş yolu haqqında məlumat verilib.

Virtual söhbət kitabxananın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-nin Mərkəzi kitabxanası da koronavirus pandemiyası ilə bağlı onlayn tədbirlər və virtual görüşlər keçirir, şair və yazıçılar ilə canlı yayımlar təşkil edir.

Kitabxananın keçirdiyi növbəti vebinarda Ernest Heminqueyin “Qoca və dəniz” əsəri müzakirə olunub. Fəal oxucular Sevindik Nəsiboğlu və Ələkbər İsgəndərli müzakirəyə qoşulub, əsərin məzmunu ilə bağlı söhbət aparılıb.

Onlayn görüşdə kitabxananın informasiya-resurs şöbəsi karantin dövrü ərzində oxuculara təqdim edilmiş onlayn xidmətlərdən, beynəlxalq məlumat bazaları ilə iş, elektron sənəd mübadiləsinin fəaliyyətindən də bəhs olunub.