Sentyabrın 29-da AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən elmi konfransın keçirilməsi nəzərdə tutulub.

Elm Tarixi İnstitutundan bildirilib ki, “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri” mövzusunda konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 1-dək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər. Təqdim olunan tezis 1-2 səhifə, məqalə 8-10 səhifə olmalıdır.

Təşkilati məsələlərlə bağlı sualları +994 (012) 539 51 34, (050) 268 22 44 nömrələri ilə əlaqə saxlamaqla aydınlaşdırmaq olar.