Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin kitabı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ərəfəsində “Flinta” nəşriyyatında işıq üzü görüb.

Monoqrafiyada Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlıların əsrlər boyu bu torpaqlarda yaşaması, Azərbaycan etnosunun formalaşması, XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş verən mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.