Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə ölkənin nüfuzlu “Rzeczpospolita” qəzetinin internet əlavəsi kimi Azərbaycanla bağlı virtual jurnal hazırlanıb.

Əlavə həmçinin qəzetin nəzdində fəaliyyət göstərən “Historia” jurnalının internet səhifəsində (historia.uwazamrze.pl/artykul/1149413/azerbejdzan-dodatek-specjalny) yerləşdirilib.

Virtual jurnal ölkəmizin tarixi, müasir inkişafı, Azərbaycan-Polşa əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Bakıda polyak memarlarının tikililəri, Polşada Azərbaycan və Azərbaycanda Polşa izləri, Azərbaycana səyahət və s. mövzuları əhatə edir.

Jurnalın şəkilləri arasında AZƏRTAC-ın arxivindən olan nadir fotolar da yer alıb.