Müxtəlif janrda çalışan fotoqrafların dəstəklənməsi və yeni istedadların aşkara çıxarılması məqsədilə “Gomma fotoqrafiya qrantı” fotomüsabiqəsi elan olunub.

Qrant müsabiqəsi “Gomma” jurnalının layihəsidir və 2014-cü ildən keçirilir. “Gomma” həm peşəkar, həm də inkişaf etməkdə olan fotoqrafları fəal şəkildə təbliğ edir.

Müsabiqədə 1-3-cü yerləri tutanlara 1000, 500 və 200 avro məbləğində pul mükafatı veriləcək. Müsabiqə qalibə sosial şəbəkə və media tərəfdaşları vasitəsilə dünya miqyasında beynəlxalq tanınma imkanı qazandıracaq.

“Gomma” qrantı hər kəs üçün açıqdır. Şəkillər ağ/qara və ya rəngli, analoq və ya rəqəmsal formada təqdim oluna bilər.

Ətraflı məlumat əldə etmək istəyənlər www.gommagrant.com saytına müraciət edə bilərlər.