İyunun 12-də orta ümumtəhsil məktəblərini bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, virtual “Son zəng”də bütün bölgələrdəki məzunlarla himn oxunulacaq. Eyni zamanda son 3 ayda “Dərs vaxtı”nda iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Onlayn “Son zəng” 12 iyun saat 12:25-də İctimai Televiziyada, 12:30-da “Mədəniyyət”, “ARB24”, “Real TV”, eləcə də Təhsil Nazirliyinin “Facebook” səhifəsində yayımlanacaq.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80646, IX sinfi bitirənlərin sayı isə 119852 nəfərdir.