Prezident İlham Əliyev iyunun 23-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 3 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 35 nəfər “Tərəqqi” medalı, 169 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, 23 iyun “Dövlət qulluqçularının peşə bayramı” günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün Azərbaycanda da Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.