M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan elektron məlumat bazasını virtual rejimdə təqdim edib.

Elektron məlumat bazasında Silahlı Qüvvələr Günü haqqında rəsmi sənədlər, dövlət rəmzlərimiz, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu ilə bağlı tarixi fəaliyyətindən, müstəqilliyimizin, dövlətçiliyimizin təminatçısı olan Milli Ordunun tarixindən,  nailiyyətlərindən bəhs edən kitablar, Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş nəşrlər, hərbi-vətənpərvərlik mövzulu mahnı və şeirlər təqdim olunur. Elektron məlumat bazasında yer alan resurslar tam mətnləri ilə verilib.

Məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/Azerbaycan/index.html

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyətində böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə daima xüsusi diqqət ayırır. Bu istiqamətdə işlər mövcud karantin şəraitində də virtual layihələrlə davam etdirilir. Kitabxananın əməkdaşları tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlanıb.

Videoçarxlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, inkişaf yolu, bu əlamətdar günün əhəmiyyəti haqda məlumat verilib. Azərbaycan Ordusunun bugünkü hərbi qüdrətini əks etdirən görüntülər də videoçarxlarda yer alıb.