Parisdə UNESCO-nun qərargahında qurumun İcraiyyə Şurasının 209-cu sessiyasının plenar iclası keçilir.

Plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinlənilib, maliyyə və administrativ komissiyanın prezidenti seçilib. 207 və 208-ci sessiyaların protokolları təsdiqlənib. Baş direktorun hesabatı dinlənilib.

Plenar iclasda qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2018-2019-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatlar dinləniləcək. İcraiyyə  Şurasının və UNESCO Baş Konfransının əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyətinə baxılacaq.

Təhsilin gələcəyinə dair təşəbbüs, iqlim dəyişikliyinə dair strategiya, inkişafda olan ada dövlətlərlə bağlı fəaliyyət planı, UNESCO-nun strateji transformasiyası kimi məsələlər də plenar sessiyanın gündəliyində öz əksini tapıb.

UNESCO-nun İcraiyyə  Şurasının 209-cu sessiyası iyulun 10-dək davam edəcək.