100 illik tarixə həsr olunmuş poçt markasında

Polşa Poçtunun (Poczta Polska) qərargah binasında Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 100 illiyinə həsr edilmiş xüsusi poçt markalarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, xüsusi poçt markasının üzərində həmin dövrdə Polşanın Xarici İşlər naziri olmuş Stanislav Patekin və Azərbaycanın Xarici İşlər naziri olan Fətəli xan Xoyskinin şəkli, həmçinin Azərbaycanın və Polşanın dövlət gerbləri həkk edilib.

Xüsusi poçt markalarının təqdimatı zamanı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək iki ölkə arasındakı qədim tarixə dayanan münasibətlərdən danışıb.

Polşa Poçtunun vitse-prezidenti Ancey Bocionı isə öz çıxışında ərsəyə gətirdikləri xüsusi poçt markalarının iki ölkənin tarixinin bir hissəsi olduğuna görə qürur hissi duyduqlarını söyləyib.

Xüsusi poçt markaları Polşa ərazisində 180 min tirajla dövriyyəyə buraxıIıb.