Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar Beynəlxalq Türk Akademiyası bəyanat yayıb.

Bəyanatda azərbaycanlı əsgərlərin həlak olması və yaralanması kəskin şəkildə pislənilir, konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə ümid bəslənildiyi vurğulanır.