Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun böyük məsləhətçisi vəzifəsində çalışan Babayeva Gülnarə Hüseyn Bala qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov medalı Gülnarə Babayevaya təqdim edib və ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.