Dünya Mətbuat Şuraları Assosiasiyasının avqustun 16-da onlayn rejimdə keçirilən toplantısında pandemiya dövründə medianın durumu, jurnalistlərin ilk mənbədən informasiya almaları sahəsindəki vəziyyət və bu istiqamətdə görülmüş işlər barədə söhbət açılıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Dünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov ölkəmizdə pandemiya dövrü xüsusiyyətlərinin media fəaliyyətinə təsirinə dair məruzə edib. Bildirib ki, müəyyən şərtlərə əməl etməklə jurnalistlər fəaliyyətlərini həyata keçirirlər. “Biz öz tövsiyələrimizdə bildirmişdik ki, redaksiyalar mümkün qədər onlayn rejimdə çalışsınlar. Bu tövsiyəyə ciddi yanaşılıb”, - deyə Ə.Amaşov vurğulayıb.

Toplantıda üzv ölkələrdə medianın koronavirusla bağlı yaranmış iqtisadi çətinliklərindən də söz açılıb. Qərara alınıb ki, bununla bağlı beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət ünvanlansın.