Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazası “Əfsanələşən partizan ömrü”, “Mükafatları”, “Əhmədiyyə Cəbrayılov haqqında nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, foto-videoqalereya və s. bölmələrdən ibarətdir. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə təqdim olunur.

Məlumat bazası ilə bu linkdə tanış olmaq olar:

http://anl.az/el/emb/E.Cebrayilov100/index.html