“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb. Nəşrdə müxtəlif mövzularda araşdırma yazıları, reportaj, müsahibə və s. materiallar yer alıb.

Jurnalın əməkdaşı Şövkət Səlimovun vaxtilə Şuşaya səfəri zamanı topladığı qiymətli materiallar “Şuşa simfoniyası” başlığı altında təqdim olunur.  “Elm və ədəbiyyat şəhidi” sərlövhəli müsahibədə böyük alim Salman Mümtazın həyat və fəaliyyətindən söhbət açılır. Azərbaycanın birlik və mənəvi bütövlük rəmzi sayılan Məhəmmədhüseyn Şəhriyar barədə dolğun bilgilər, şairin poeziyasından nümunələr “Ədəbiyyat” rubrikasında verilib.

Jurnalda, həmçinin multikulturalizm mövzusunda “Şahdağın övladları”, mədəni irsimizlə bağlı “Beşbarmaq dağı: əfsanə, ziyarətgah, yoxsa istehkam” və s. yazılar, “Teatr”, “Elm” rubrikalarında məqalələr dərc olunub.