Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 30-na olan məlumatına görə, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 40 229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37 954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib, aktiv xəstə sayı 1684 nəfərdir.

Xatırladaq ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar qəbul edib. Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2 noyabr tarixinədək uzadılıb.