Yaponiyalı müğənni Kyoko Yamamoto işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

Xanım sənətçi bu barədə sosial şəbəkə hesabında yazıb.

Azərbaycana ilk dəfə 2014-ci ildə gəldiyini və Göyçayda Nar bayramına qatıldığını deyən Kyoko Yamamoto ölkəmizə sülhün qayıtmasını arzulayıb:

“İlk dəfə Azərbaycana 2014-ci ildə getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın... Yaşa, yaşa, Azərbaycan!”.