Yoluxma nisbətən azalsa da, vəfat sayı artır

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 27-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Qeyd edək ki, bir gün öncə, oktyabrın 26-da koronavirus testi müsbət çıxmış 8 nəfər dünyasını dəyişmişdi.

Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1 308 048 test aparılıb.