Bu gün – oktyabrın 29-da Türkiyənin Cümhuriyyətinin qurulmasının 97-ci ili tamam olur. Bayramı münasibətilə ölkənin İzmir şəhərinin Aliağa rayonunun ən işlək küçə və prospektləri, dövlət binaları Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib. Aliağa Bələdiyyəsinin, Gənclik Mərkəzinin binalarında, iki ölkənin bayraqları ilə yanaşı, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkilləri asılıb.

Bununla bağlı bələdiyyədən verilən məlumatda deyilir: “Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü sevincini Azərbaycan ilə bölüşməmizin əsas səbəbi işğal altındakı torpaqlarını azad edən və Ermənistanın hücumlarına qarşı mübarizə aparan qardaş ölkəyə öz dəstəyimizi ifadə etmək, “bir millət, iki dövlət” olduğumuzu bir daha dünyaya nümayiş etdirməkdir”.

Mehparə SULTANOVA
Ankara