Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Ali Baş Komandan, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən və adını əbədi olaraq şanlı tariximizə yazan Vətən oğulları haqqında “Mənim qəhrəman əsgərim!” mövzusunda esse və şeir müsabiqəsini elan edib.

Müsabiqədə iştirak etmək istəyən gənclər (16-35 yaş) 20 noyabr tarixinədək öz esse və şeirlərini ryl.az@mail.ru ünvanına təqdim etməlidirlər. Esse və şeirlər kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qalib (iki nəfər) onlayn səs çoxluğu əsasında (“bəyənmə” sayına görə) müəyyən ediləcək və kitabxana tərəfindən diplom və kitabla mükafatlandırılacaq.

Dəyərli izləyicilər, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən həyata keçirilən  “Mənim qəhrəman əsgərim!” mövzusunda esse və şeir müsabiqəsinə göndərilən materiallar ilə kitabxananın aşağıda qeyd olunmuş “İnstaqram” və “Facebook” səhifələri vasitəsilə tanış ola biləcəksiniz:

 https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279