Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələdən 91 saat sonra 4 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları bildiriblər ki, 4 yaşlı qız paltaryuyan və qabyuyan maşınların arasında sığınmış vəziyyətdə aşkar edilib.

Ayda Gezgin xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, uşağın səhhətində heç bir ciddi problem yoxdur.

Qeyd edək ki, Ayda Gezginin sağ çıxarıldığı Rıza bəy apartmanı zəlzələdən öncə də qəzalı vəziyyətdə olub, binadakı dağıntıda 30 nəfər ölüb.

Aydanın anası Fidan Gezginin də dağıntılar altında qalıb.

Qardaş ölkənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 102 nəfərə çatıb, yaralı sayı isə 1026 nəfərdir.