Ermənistan işğal etdiyi bütün Azərbaycan ərazilərini Azərbaycana qaytarmalıdır.

Bunu İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi noyabrın 3-də bildirib. İranın Ali Rəhbəri deyib ki, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir.

Ayətullah Əli Xameneyi həmçinin beynəlxalq sərhədlərə riayət olunmasının zəruriliyini vurğulayıb.