Müdafiə Nazirliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızın göstərdikləri şücaətlər barədə mütəmadi olaraq videolar hazırlayır.

Leytenant Düniyev Azad Vüqar oğlu igidliyi ilə seçilən zabitlərimizdəndir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edib.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşını komandiri kimi xüsusi fəallıq göstərib.

Leytenant Salmanov Fəqan Rzalı oğlu da döyüş meydanında şəxsi bacarığı ilə seçilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun dəqiq hesablamaları ilə verdiyi çox sayda hədəflər məhv edilib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Novruz Muxtər oğlu döyüş tapşırığının öhdəsindən layiqincə gəlir. N.Həsənov top komandiri olaraq dəqiq atəşlə düşmənin 3 ədəd KS-19 topunu məhv edib.