9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə üçrəngli bayraq (mavi, qırmızı, yaşıl) dövlət rəmzi kimi təsdiq edilib.

Azərbaycan sovetləşəndən sonra bayraq dəyişdirilib. 1991-ci ildə üçrəngli bayraq yenidən Azərbaycanın dövlət rəmzi kimi qəbul olunub. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.