Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın qəlbi Şuşanın azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kocaeli təşkilatının konqresindəki çıxışında Şuşanın işğaldan azad edildiyini bildirərək deyib: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”.

Türkiyə Prezidenti qeyd edib ki, işğal altındakı torpaqlarını və Qarabağı addım-addım azad edən azərbaycanlı qardaşlarımızın sevinci bütün türk xalqının sevincidir.

Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun.

Bu fikirlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun müzəffər Milli Ordumuzun tarixi zəfəri münasibətilə “Twitter” sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.

Nazir yazıb: “Dövlət Bayrağı Günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayraqla məsud yaşa AZƏRBAYCAN!”