12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günüdür. Konstitusiyamızın qəbul edilməsindən 25 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyası çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təsir göstərdi.

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdür” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycanın dövlət rəmzləri, Konstitusiya hüququ haqqında kitab və dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.