Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər Günü münasibətilə “8 Noyabr” adının verilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında (hərbi hospitalın yaxınlığında) yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

Bakı Metropolitenindən verilən məlumata görə, “8 Noyabr” stansiyasında son tamamlanma işləri görülür. “Bənövşəyi xətt” üzrə yerləşən stansiyada bəzi yeniliklər mövcuddur. Sərnişinlər stansiyaya giriş zamanı həm pilləkənlərdən, həm də eskalatordan istifadə edə biləcəklər. Qatarların hərəkət zamanı bir istiqamətdən digərinə keçə bilməsi üçün keçid olacaq. Bu da hərəkətin intensivliyini və xətt boyunca qatar sayını artırmağa imkan yaradacaq.