Dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anım günüdür. Ulu öndərin vəfatının 17-ci ildönümündə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri də dahi rəhbər, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri və yaradıcı təşkilatların rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsi önünə gül dəstələri qoyub, Ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.