Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Tələbə gənclər təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Nizami Gəncəvi İli”nə həsr olunmuş rəsm müsabiqəsi keçirir.

ADRA-dan bildirilib ki, müsabiqəyə təqdim olunacaq əsərlərin mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqədar olmalıdır. İşlər fevralın 7-dək qəbul olunur. Müsabiqədə 14-29 yaş arasında gənclər iştirak edə bilər. Hər iştirakçı bir əsərlə müsabiqəyə qoşula bilər. Ölçü və işləmə texnikası sərbəstdir, əsər orijinal olmalıdır.

Qeyd edək ki, ilk 3 yeri qazanmış şəxslər təltif olunacaq. Müsabiqənin münsiflər heyəti yaxın günlərdə açıqlanacaq. Əlavə məlumatı info@atgti.az ünvanına məktub yazaraq və ya +994(99) 358 00 04 nömrəsi ilə “WhatsApp”da əlaqə saxlayaraq almaq mümkündür.