Ankaranın Keçiörən rayonunda Türkiyədə akkreditasiya olunan bir sıra ölkələrin səfirliklərinin iştirakı ilə Novruz bayramı şənliyi təşkil olunub.

Şənlik məkanında Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Şimali Kiprin guşələri qurulub.

Azərbaycan guşəsində milli mətbəximizin nümunələri təqdim edilib, musiqilərimiz səslənib, milli rəqslərimiz ifa olunub. Milli mətbəximizin təamları, musiqiçilərimizin və rəqs qrupunun ifası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçiörən Bələdiyyəsinin başqanı Turqut Altınok mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. “Birlik, həmrəylik, ruzi-bərəkət rəmzi olan Novruz türk-müsəlman dünyasının ən qədim və sevilən bayramı kimi tarixlərə işıq saçır” – deyə o bildirib.