M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

Filarmoniyadan bildirilib ki, “Bahar gəlir” adlı konsert Novruz bayramı münasibətilə reallaşıb.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət etdiyi konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları olan ifaçılar çıxış ediblər.

Videoyazısı sosial şəbəkələr vasitəsilə təqdim olunan konsert proqramında xalq mahnıları və tanınmış Azərbaycan bəstəkarlarının əsərləri səsəndirilib.