Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Uşaq incəsənət məktəbinin şagirdləri növbəti dəfə beynəlxalq müsabiqədə uğur qazanıblar.

Regional idarədən bildirilib ki, məktəbin rəssamlıq şöbəsinin şagirdləri Səbinə Abdullayeva və Səmra Abdulhəmidzadə Ukraynada keçirilən “Show must go on 2021”  (“Şou davam etməlidir”) adlı beynəlxalq onlayn müsabiqədə uğurla çıxış edərək laureat adına layiq görülüblər. Fortepiano şöbəsinin şagirdi Ləman Məmmədli isə müsabiqənin diplomu ilə təltif olunub.

Şagirdləri müsabiqəyə hazırlayan müəllimlər Aynur Məsimova və Nigar Cəfərova müsabiqənin təşkilat komitəsi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.