Bu il ölkəmizdə 26 İyun – Silahlı Qüvvələr Günü ilk dəfə Qələbə ab-havasında qeyd olundu. Bölgələrdəki mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyan müzəffər Ordumuzun dünyaya səs salan qəhrəmanlığından söz açılıb.

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, tabe müəssisələrin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Mədəniyyət mərkəzləri və musiqi məktəbləri tərəfindən idarənin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında yerləşən hərbi hissələrdə konsert proqramları təşkil olunub.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa və Tovuz rayon komitələrinin sədrləri Zahid Sultanov və Asif Qasımov, Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva və idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov Ordumuzun bayramında Vətən müharibəsi qaziləri Səməd Xəlilov, Rafael Yusifov, Elməddin Gülməmmədov, Rəşad İsmayılov, Vəli Həsənov və Elşən İbrahimovu ziyarət ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi və Dövlət Turizm Agentliyinin tabeliyində olan “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə bayram konserti təqdim olunub.  Konsertdə “Lahıc” folklor kollektivi, aşıq Elman Talıstanlı, Şamaxıdan Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov çıxış ediblər. Şamaxı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə regional idarənin rəis müavini Validə Nabatova çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən və Vətən müharibəsində Qələbəmizdən söz açıb.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi qaziləri Sənan Hacıyev, Seymur Xaliqov və Murad Həsənovun ailəsinə baş çəkiblər. Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları isə Vətən müharibəsi şəhidi Elvin Dadaşovun ailəsini ziyarət ediblər.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin əməkdaşları, tabe müəssisələrin rəhbərləri Ordumuzun bayramı münasibətilə rayonun Şərəfə kəndində şəhid Nurlan Əbilovun ailəsini ziyarət ediblər. İdarə rəhbərliyi Musaküçə və Bala Kolatan kəndlərində Vətən müharibəsi iştirakçısı Mənsim Mənsimli və şəhid Əli Quliyevin ailəsinə də baş çəkib. Silahlı Qüvvələr Günü münasibətilə Masallı rayon Mədəniyyət Mərkəzinin sənət kollektivi və Masallı Dövlət Regional Kolleci tələbələrinin birgə iştirakı ilə onlayn musiqili kompozisiya təqdim edilib. R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Keçmişimiz və bu günümüz” mövzusunda tədbir keçirilib. Cəlilabad rayon Alar kənd Mədəniyyət evinin incəsənət ustaları “Müzəffərdir mənim Ordum” adlı onlayn musiqili proqram təşkil edib. Rayonun Xanəgah və Gülməmmədli kənd mədəniyyət evlərinin kollektivləri “Vətən bizi səsləyir” adlı onlayn musiqili proqramla çıxış ediblər.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayonu Şıxlar kənd klubu “Vətən qəhrəmanları”, Oğuz rayon MKS-nin Baş Daşağıl kənd kitabxana filialı isə “Ordumuz qürurumuzdur” adlı tədbirlər keçiriblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon 97 saylı köçkün tam orta məktəbinin şagirdləri Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-nin təşkilatçılığı ilə keçirilən “Qalib Ordumuz” adlı tədbirdə ərazi bütövlüyümüzü bərpa edən müzəffər Silahlı Qüvvələrimizin qürur yerimiz olduğu vurğulanıb.

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış, 1-ci, 2-ci, 3-cü qrup əlilliyi olan qazilərlə Sabirabad rayonundakı “Ana Kür” ailəvi istirahət mərkəzində görüş keçirilib. Görüş zamanı çıxış edənlər qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib, müzəffər Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. Sonda qazilərə Sabirabad Regional Mədəniyyət İdarəsinin hədiyyələri təqdim edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyasında istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdlər arasında “Ordumun gücü” adlı rəsm müsabiqəsi keçirilib. Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Vətən oğulları” adlı tədbir təşkil olunub. Regional idarənin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert proqramı keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert təqdim olunub. Tədbirdə çıxış edən regional idarənin rəisi Faiq Xudanlı bayram münasibətilə təbriklərini çatdırıb, müstəqillik dövründə Azərbaycanın ordu quruculuğundan, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfərdən bəhs edib. Kürdəmir Regional Mədəniyyət İdarəsində Kürdəmir rayon Mədəniyyət Mərkəzinin hazırladığı şəhidlər guşəsinin açılışı olub. Xocavənd rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “Ordumuz qürurumuzdur” adlı dəyirmi masa keçirilib.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Heydər Əliyev Mərkəzi “Güclü Azərbaycan Ordusu şanlı Zəfərini tarixə yazdı” mövzusunda videokonfrans keçirib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi “26 İyun Silahlı Qüvvələr Günüdür” adlı kitab sərgisi təşkil edib. MKS-nin Mərkəzi kitabxanası B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi ilə birgə “Ordumuz qürurumuzdur” adlı onlayn tədbir keçirib.

Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə videokonfrans keçirilib. Gədəbəy rayon Mədəniyyət Mərkəzi isə N saylı hərbi hissədə bayram konserti təşkil edib.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə regional idarənin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin “Dəlidağ” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Elçin Kərimov) N saylı hərbi hissədə konsert proqramı təqdim edib. Gəncə şəhər MKS-nin 19 saylı kitabxana filialı “Zəfər tarixini yazan ordu” adlı ədəbi-bədii kompozisiya keçirib. Goranboy rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Qüdrətli ordu iqtisadiyyatın güclü inkişafının təzahürüdür” adlı dəyirmi masa təşkil edilib. Goranboy Dövlət Rəsm Qalereyasında əlamətdar günlə bağlı sərgi təşkil olunub. Rayonun Nizami kənd Sənətkarlıq evi, Baxçakürd kənd Mədəniyyət evi və Qaradağlı kənd Diyarşünaslıq evinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə konsert proqramı təqdim edilib. Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı, Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəblərinin iştirakı ilə N saylı hərbi hissədə konsert proqramı keçirilib.