Sumqayıt RMİ-nin əhatə etdiyi Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar.

Məktəblilər Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq “Euro music” çoxjanrlı müsabiqəsində iştirak ediblər.

Məktəbin fortepiano ixtisası üzrə şagirdləri (10-12 yaş kateqoriyası) Şəms Quluzadə və Rəna Quluzadə 1-ci dərəcəli laureat, skripka ixtisası üzrə Banuçiçək Quluzadə 1-ci dərəcəli, Ayan Quliyeva isə 3-cü dərəcəli laureat adına layıq görülüblər.

Qaliblərin uğurunu bölüşən skripka ixtisası üzrə müəllim Ülkər Əsgərova və fortepiano ixtisası üzrə müəllim Günay Həsənli isə təşəkkürnamə ilə təltif olunublar.