Fevralın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda çıxış edib.

Gənc musiqiçilər Əli Vahidov (fortepiano) və Şövqi Əmiraslanovun (vokal) ifalarında Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqilər səslənib.

Anım tədbirində “Xocalı yanğısı” sənədli filmi nümayiş olunub.