İordaniya Krallığı Mədəniyyət Nazirliyinin "Əfkar" ədəbiyyat jurnalında Azərbaycan yazıçılarının hekayələri dərc olunub.

Nəşrdə görkəmli nasirlər İsa Muğannanın "Qalın palto", İsmayıl Şıxlının "Namərd gülləsi", Fərman Kərimzadənin "Bir ürək yanmalıdır" və istedadlı yazıçı Nəriman Əbdülrəhmanlının "Kəpənək" hekayəsi ərəb dilində oxuculara təqdim edilib.

Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə" layihəsi çərçivəsində görkəmli İordaniya yazıçısı Samih əl-Məhariqin Azərbaycan ədəbiyyatı haqqında "Azərbaycan ədəbiyyatı ilə tanışlıq" məqaləsi ilə təqdim edilən hekayələrin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi – Əhməd Sami Elaydidir.

Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq səhifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünya şöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.

https://www.facebook.com/%D9%85%D8%AC%D9%84%