Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə fevralın 25-də Bülbülün Memorial Muzeyində "XX əsrin faciəsi" adlı təbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Azərbaycan tarixinin ən faciəli səhifəsi olan Xocalı soyqırımı barədə danışıb.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri – respublika və beynəlxalq Müsabiqələr laureatları Məhəmməd Şəmmədov, Röya Əliyeva, Fateh İsgəndərov, Zəhra Məmmədova, Ceyla Mövsümzadə, gimnaziyanın vokal qrupu, eləcə də Dövlət İdarəçilik Akademiyasının tələbələri Fatimə Zeynallı, Röya Hüseynquliyeva, Elgün Qulamov musiqi nömrələri ifa edib, şeirlər söyləyiblər.

AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin hazırladığı film nümayiş etdirilib.