Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Milli musiqi alətlərimiz milli sərvətimizdir" adlı konsert keçirilib.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və dirijor –Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadların ifaları təqdim olunub.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri – Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", Süleyman Ələsgərovun "Şalaxo" və "Vətənimdir", Həsən Rzayevin "Çahargah rapsodiyası", Vittorio Montinin "Çardaş" və başqa musiqi nömrələri səsləndirilib.

Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestrinin solistləri, həmçinin bölgələrdən gələn tələbə və şagirdlər çıxış ediblər.