Beynəlxalq Muğam Mərkəzində (BMM) martın 6-da Xalq artisti Fidan Hacıyevanın yaratdığı xanımlardan ibarət “Mezzo” kamera orkestrinin “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edildi.

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan konsertdə əvvəlcə Fidan Hacıyevanın sənət yolu haqqında məlumat verildi. Daha sonra Azərbaycan və dünya bəstəkarlarının klassik vokal əsərləri səsləndirildi.

“Mezzo” orkestrinin müşayiəti ilə (konsertmeyster Nəzrin Mustafayeva) Ü.Hacıbəyli, V.A.Motsart, J.Bize, A.Piazolla, A.Vivaldi, R.Hacıyev və digər bəstəkarların əsərləri Fidan Hacıyevanın ifasında xanımlara əsl bayram hədiyyəsi oldu. Maraqlı proqram bayram əhvallı gecəyə həm də sevgi notları bəxş etdi.

Lalə