Martın 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim ediləcək. 

Konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.

Novruz soraqlı, bahar ətirli proqramda Əməkdar artist Almaz Orucova, müsabiqələr laureatı Taleh Yəhyayev və Rəvanə Qurbanova tamaşaçılara musiqi sovqatlarını hədiyyə edəcəklər.

Lalə