Oktyabrın 3-dən 7-dək Belarusun Minsk və Rusiyanın Smolensk şəhərlərində MDB ölkələrinin 7-ci “Eurasia.DOC” sənədli filmlər festivalı keçiriləcək.

Festivalda iştirak etmək üçün müraciətlər avqustun 1-dək qəbul edilir. Filmlər MP4 formatında qəbul olunur.

 “Eurasia.DOC” MDB ölkələri üzrə ən böyük sənədli film festivallarından sayılır. Filmlərin seçilməsində əsas meyar MDB ölkələrinin ictimai-siyasi həyatına birbaşa və ya dolayısı ilə təsir edən hadisələrin işıqlandırılması və müəllif tərəfindən şərh edilməsidir.

Əlavə suallar üçün festivalın info@eurasia.film elektron ünvanı ilə əlaqə saxlamaq olar.