“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir. Layihənin məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaqdır.

Layihənin növbəti buraxılışında görkəmli Azərbaycan yazıçı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) məşhur “Mütrüb dəftəri” hekayəsi təqdim olunub.

Əsəri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qiraət edib.

Hekayəni https://www.youtube.com/watch?v=Z1Zmbq-GHCA linki vasitəsilə dinləmək olar.