Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvan – 190” adlı videoçarx və “Xurşidbanu Natəvan – 190” adlı metodik vəsait, həmçinin “Şuşanın Xan qızı – Natəvan” adlı biblioqrafik icmal hazırlanıb.

Videoçarxda Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək şeirlərindən nümunələr təqdim olunub. Materialda şairənin xeyriyyəçilik fəaliyyəti də diqqətə çatdırılıb.

Metodik vəsait Natəvan ədəbi irsinin kitabxanalarda təbliğinə kömək məqsədilə hazırlanıb. Materialda Natəvanın 190 illik yubileyi haqqında ölkə başçısının sərəncamı, görkəmli şəxslərin şairə haqqında söylədikləri fikirlər, Natəvan irsinin kitabxanalarda təbliği haqqında məlumatlar yer alıb.

Biblioqrafik icmalda şairənin həyatı, irsi, soy-kökü, Xan qızına ithaf edilən incəsənət əsərləri və filmoqrafiya əhatə olunub.

Hazırlanan materiallar elektron formatda Gənclər Kitabxanasının saytında yerləşdirilib.