İtaliyanın Saluzzo şəhərində keçirilən “Suoni d’Arfa” 11-ci Beynəlxalq arfa müsabiqəsinin nəticələri elan edilib.

Fransada yaşayan Azərbaycan əsilli Marqarita Ramazanova müsabiqədə üçüncü yeri tutub.

Marqarita bacısı Ela və qardaşı Dəniz ilə birlikdə Strasburq Konservatoriyasının musiqi alətləri, xor və balet siniflərində təhsil alır.

O, müsabiqədən əvvəl arfada ifa etdiyi üç musiqi əsərinin videosunu münsiflər heyətinə göndərib. Onun ifası bəyənilib və o, müsabiqəyə qatılmaq şansı qazanıb.

“Suoni d’Arfa” beynəlxalq müsabiqəsi bacarıqlı gənc arfaçıların inkişafına kömək etmək, eləcə də arfa üçün yazılmış və ya tərtib edilmiş italyan repertuarları haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.