Avropa Statistika İdarəsi – “Avrostat” Avropa İttifaqına (Aİ) üzv ölkələrdə rəqəmsal təminetmə sahəsində bu yaxınlarda aparılan tədqiqatın nəticələrini dərc edib.

Tədqiqatın nəticələri koronavirus pandemiyası başlanması ilə Aİ-yə üzv ölkələrdə internet şəbəkəsindən və mobil cihazlardan istifadənin kəskin artdığını göstərir.

Ötən il orta səviyyəli Avropa ailəsinin 91 faizinin genişzolaqlı internetə çıxışı olub ki, bu da ABŞ-dakı orta göstəricidən cəmi 1 faiz bəndi aşağıdır.

Hesabata əsasən, Avropa ailələrində internetə əlçatanlıq son 10 il ərzində daim artaraq ümumilikdə 17 faiz yüksəlib. Halbuki dünya üzrə artım orta hesabla 6 faiz bəndi təşkil edib.

Hazırda genişzolaqlı internetin ümumi həcmi Aİ-nin böyük şəhərlərində 95,6 faiz təşkil edib. Bununla belə, nisbətən inkişafdan geri qalan regionlarda da bu göstərici 86 faizdən aşağı deyil.