Bolqarıstanın paytaxtı Sofiyada Şərqi Avropada kosmosun tədqiqi üzrə ən böyük mərkəzə çevrilən planetariumun açılışı olub.

Planetariumun zallarında ulduzlu səmanın xəritəsi nümayiş etdirilir, kompleksin muzey eksponatları arasında meteorit fraqmentləri və kosmik uçuş aparatlarının hissələri təqdim olunur. Rəsədxanada ziyarətçilər müasir teleskoplardan istifadə edə bilirlər.

Planetariumun fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə bolqar kosmonavt Georgi İvanov da iştirak edib.

Cavid