16-20 yanvar tarixlərində İsveçrənin kurort şəhəri Davosda növbəti Dünya İqtisadi Forumu keçirilir. Dünya gündəminin ən aktual mövzularının diqqətə alındığı Davos Forumu pandemiyanın doğurduğu ikiillik aradan sonra yenidən dünyanın bir çox ölkələrinin liderlərini ənənəvi formatda (üzbəüz) bir araya gətirib. Foruma 50-dək dövlət və hökumət başçısı, eləcə də BMT-nin, NATO-nun baş katibləri, Avropa İttifaqının, digər beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılıb.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa gedib. Dünya İqtisadi Forumunda dövlətimizin başçısının ilk görüşü Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə olub.

Azərbaycan Prezidenti daha sonra “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşüb.

Dünya İqtisadi Forumu bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında təşkil olunub. Rusiya builki Davos Forumunda təmsil olunmur. Çini isə xarici işlər nazirinin müavini təmsil edir.