Xaçmaz RMİ. Şabran rayon Mədəniyyət Mərkəzində “Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və milli-mənəvi dəyərlərimizin inkişafında rolu” adlı konfrans keçirilib. Alimlərin də iştirak etdiyi konfransda mövzu ilə bağlı çıxışlar dinlənilib, Heydər Əliyevin müxtəlif dövrlərdə Şabran rayonuna səfərlərini əks etdirən fotolar və kitablardan ibarət sərgiyə baxış olub.

***

Sabirabad RMİ. Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin kino zalında “Salnaməfilm” studiyasının istehsalı olan “Heydər Əliyev. Vətənin keşiyində” adlı sənədli film nümayiş etdirilib. Filmin rejissoru Eldar Quliyev, ssenari müəllifləri Aydın Dadaşov və Eldar Quliyevdir.

Saatlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan onlayn bilik yarışması keçirilib. Yarışmada rayon üzrə 7 ümumtəhsil məktəbinin komandaları iştirak edib. “Birlik” komandası I, “Zirvə” II, “Xəzri” III yeri qazanıb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.

***

Lənkəran RMİ. Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” münasibətilə tədbir keçirilib. Şəhərin icra başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Rüfət Quliyev və başqaları çıxış edərək bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən Azərbaycanın yeni zirvələri fəth etdiyini vurğulayıblar.

***

Kürdəmir RMİ. İmişli rayon Heydər Əliyev Mərkəzində “Ən uca və ölməz düha...” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı çıxış ediblər.

***

Masallı RMİ. Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyinin himayədarı” mövzusunda tədbir keçirilib. Qonaqlar “Unudulmaz dahi” adlı sərgi və Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

***

Ağstafa RMİ. Qazax rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun yerli mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə rayonun icra başçısı Rəcəb Babaşov, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.

***

Gəncə RMİ. Goranboy rayon MKS-nin Qızılhacılı qəsəbə kitabxana filialı “Dahi şəxsiyyət” başlıqlı tədbir təşkil edib. Qeyd olunub ki, Azərbaycanın çağdaş tarixi böyük dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx bağlıdır.

Nurəddin Məmmədli